Müəllif haqqında


Haqqımda:












    Həsənova Billurə Xamis qızı
Həsənova Billurə Xamis qızı  22Sentyabr 1981-ci ildə Zaqatala  rayonunun Qımır  kəndində anadan olmuşam.1999-cu ildə ADPU-nin Kimya-biologiya fakültəsinə daxil olmuşam.   2004-cü ildə universiteti bitirərək Zaqatala rayonu İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində müəllim kimi işə başlamışam.
 2008-2009-cu illərdə həmin məktəbdə dərs hissə müdiri vəzivəsində çalışmışam.
Məktəbdə işlədiyim müddətdə dərs dediyim şagirdlər ölkəmizdə və olkədən xaricdə müxtəlif  universitetlərdə  təhsil alır.
Bu dövrlərdə özü üzərimdə işləmiş,bir çox təlimlərdə iştirak etmiş,ölkəmizi həm də xaricdə təmsil etmişəm.
14-16.05.2015- ci ildə Türkiyənin Konya şəhərində keçirilən “IV Beynəlxalq Türk Təhsili Sənət, Tarix və Folkloru” konfransında çıxış edib və beynəlqxalq sertifikat almışam.
2014-2015-cü illərdə "Mədəd Azərbaycan" MMC  və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış  30 iyul 2014-cü il tarixli, 4394AZ-QCBS-259 №-li müqaviləyə əsasən “2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən kimya fənn müəllimləri üçün yeni kurikulum” təlimi üzrə, 2015-2016-ci ildəAzərbaycan Respublikası Təhsil Nazirliyi və “Unikal-1” MMC arasında imzalanmış 25 iyun 2015-ci il tarixli 4394AZ-QCBS-297 nömrəli müqaviləyə əsasən  “Biologiya, Həyat bilgisi,Fizika,Kimya fənn müəllimləri üçün keçirilən 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən biologiya,həyat bilgisi,fizika və kimya fənn müəllimləri üçün Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə Təlim  Proqramı” üzrə bir çox rayonlarda Zaqatala,Balakən,Göyçay,Cəlilabad,Lənkəran,Şəmkir və Bakı şəhərlərində fənn kurikulumu üzrə təlim kurslarında təlimçi kimi fəaliyyət göstərmişəm."Elektron lövhələrin tədrisə tətbiqi üzrə təlim kursu üzrə təlim paketində təlimçi kimi fəaliyyət göstərmişəm.
2015-ci il 2Mart tarixdə  ITV Teleradio yayımlar şirkətinin hazırladığı “Müzakirə vaxtı”verilişində “Kitab oxuma mədəniyyəti” mövzusunda  çıxış etmişəm.
“Kurikulum.Metodika və Məntiq testləri” BAKI-2015 (Müəllimlərin sınaq qiymətəndirilməsinə və müəllimlərin işə qəbuluna hazırlaşanlar üçün vəsait) kitabında  rəyçi olmuşam.
.Facebook  şəbəkəsində “Təhsildə yeniliklər”qrupunun adminiyəm.(https://web.facebook.com/groups/1452083865063780/)
Learninqs Apps saytlarında hazırladığı resursları yerləşdirilib, Kimya-biologiya bloqunu yaratmışam. (http://biologiya-kimya.blogspot.com/)
Zaqatala RTŞ və məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə təhsildə göstərdiyi fəaliyyətinə görə fəxri fərman və diplomlarla təltif edilmişəm.
Hal hazırda "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi  və  Azərbaycan RespublikasıTəhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanmış 22 dekabr 2014-cü il  tarixli 11 №-li müqavilə üzrə “Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə heyətinin İKT –nin tədrisdə  tətbiqini dəstəkləmək məqsədilə mentorluq xidmətinin təşkili”layihəsində təlimçi kimi fəaliyyət  göstərirəm.2017-ci ildə RTN -nin təşkil etdiyi MİQ-da imtahan verərək yüksək bal toplayıb,Bakı şəhəri Xəzər rayonu 119№-li tam orta məktəbinə kimya müəllimliyi ixtisası üzrə yerdəyişmə etdim.Hal-hazırda həmin məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərirəm.


sosial şəbəkələr:
mail: billurehesenova2@gmail.com
ev tel: 0242272265
mob tel: 0-51-868-09-82





Məqalələrim:
Tədris prosesində İKT-nin rolu əvəzedilməzdir.
Həsənova  Billurə Xamis  qızı
Açar sözlər:İnformasiya, texnologiya, tədris, təlim, ağıllı lövhə,elektron, veb-2
 Ключевые слова: Информация, технологии, учение, обучение,  электронная, веб-2
Dünya ölkələrində olduğu kimi açıq, hüquqi cəmiyyətə aparan yolun təhsil sferasında mühüm əlaməti yeni təlim metodlarından və İKT-dən səmərəli istifadə, onun təlim-tədris prosesinə məqsədyönlü tətbiqidir.Son illərin təcrübələri göstərir ki, İKT özünü modernləşmə və inkişafın rəmzi, birgə əməkdaşlıq və fəaliyyətin ən uğurlu vasitəsi kimi özünü göstərir.Təlim-tədris prosesində biliklərin sadə və çevik yolla əldə edilməsi və yayılması üçün yardımçı rolu əvəzedilməzdir.Təkcə təhsil sahəsi üçün deyil, cəmiyyətin digər üzvlərinin də vacib informasiya mənbələrindən istifadəsinə imkan verən yardımçı vasitədir.
   Yeni texnologiyalardan istifadə məktəblərdə qurulan qurğuların təhsilə tətbiqi Təhsil strategiyasında qarşıya qoyulan məsələlərin reallaşmasına böyük imkanlar açır. Hazırda müxtəlif elektron lövhələrdən istifadə ( Mimio,Prometan, Smart və  s.)  internet səhifələrindən ən son məlumatları, yenilikləri əldə etməyə, informasiya və faktları yerindəcə təhlil  etməyə imkan verir.
İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim - şagird - dərslik" tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, tələbənin dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar öyrənənlərin idrak aktivliyinə müsbət təsir göstərir.
Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini - onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. "Ağıllı lövhə, həmçinin kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da tədris müəssisələrində virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləm prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər.Laboratoriya şəraitində aparılması çətin və təhlükəli kimyaya,fizikaya aid təcrübələrin nümayişində kompüter texnologiyaları geniş imkanlara malikdir. Bu isə nəzəri metodoloji biliklərin, praktiki bacarıq və təcrübələri inteqrasiya etməklə tədrisi xeyli canlandırır,şagirdlərdə yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır. "Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərslərdə iştirak etməyən və ya təlimdən geri qalanlar şagirdlər üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.
 İKT ilə iş idraki prosesi fəallaşdırır, və problemin həll edilməsini asanlaşdıraraq şagird fəaliyyətini məhsuldar edir. Çünki bu zaman şagird sinif otağından birbaşa məlumat mənbəyinə qoşulur, ən son yeniliklərlə tanış olur.Şagirdlərdə şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı formalaşdırır.
        Belə ki, şagird hər hansı tapşırığı yerinə yetirərkən o problemin həllinə çalışır. Problemi həll etmək üçün isə əldə etdiyi məlumatları ümumiləşdirmək tələb olunur. Bu prosesin səmərəliliyi iki şərtə əsaslanır:
1 .İKT məlumatların toplanmasında çox yararlı vasitədir.
2. İKT problemin həlli üçün çoxsaylı proqramlar mənbəyidir.
   Bu da öz növbəsində biliklə birləşdirilən şagird bacarıqlarını formalaşdırır. Şagird bir neçə proqramla işləmə, ümumiləşdirmə bacarıqları əldə etməklə yüksək keyfiyyət və sürət nümayiş etdirir.
    Şagird ona verilən tapşırıq üzərində işləyərkən yeri gəldikcə kompüter texnologiyasının imkanlarından yararlanır, münasib imkanları götür qoy edir, həmin proqramların ümumi imkanlarından yararlanmağın yollararını araşdıraraq tapşırığı hansı səviyyədə həyata keçirəcəyi haqda qərarlar qəbul edir.
   Məsələn, şagird faktlar və informasiyalar toplamaq məqsədilə İnternet Eksplorer proqramına müraciət edir. Təqdimat hazırlamaq üçün isə Pover Point  proqramının imkanlarından istifadə edir. Bu proqramlardan məlumatlar əsasında şagirdlər fikirləri əsaslandırmaq, fərziyyələr irəli sürmək, nəticələr çıxarmaq üçün istifadə edir, təqdimatlar hazırlayır, düşündüklərini başqaları ilə bölüşürlər.İnteraktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir.      Müəllim əsasən şagirdin bələdçisi, onun orijinal bacarığını qiymətlən­dirən, onu müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə şagirdlərin hamısı lövhəyə çıxıb, müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçirilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Belə dərslərdə kompüterdən və internet imkanlarından istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Məsləhət olunan dərsin birbaşa sinifdən kənardan izlənilməsi məktəb-valideyn,müəllim-valideyn münasibətlərinin düzgün qurulması üçün lazımi vasitələrdən biridir.Şagirdlərin siniflərarası,məktəblərarası,və hətta başqa ölkələrin məktəb şagirdləri ilə fikir mübadiləsi aparmaq üçün internet imkanlarının rolu böyükdür.Biologiya dərslərində “Bioloji proseslər”,”İnsan və onun sağlamlığı” məzmun xətlərində standartların reallaşdırılmasında skype vasitəsilə birbaşa aidiyyati həkimlərlə əlaqə yaratmaq gözəl nəticə verir. Belə ki,  VIII sinifdə 3.2.1 Sağlamlığın qorunması qaydalarını izah edir .standartını reallaşdırmaq üçün dərsdə ürək damar xəstəlikləri, QİÇS virusuna yoluxmadan qorunma qaydalarını müəyyənləşdirməkdə həkimlə birbaşa dialoqun qurulmasının nə qədər dərsin keyfiyyətinə təsirli olduğunu müşahidə etdim.Bu, dərsdə əyaniliyinin təmin edilməsində lazımi vasitələrdən biri olaraq dərsi daha maraqlı etdi.
     Şagirdlərdə özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur. Beləliklə, şagirdlərdə  müstəqil tədqiqat işlərinin aparılması vərdişləri, sinif otağında,gələcəkdə müxtəlif auditoriya qarşısında sərbəst çıxış etmə qabiliyyəti yaranır.
 Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir.
İnternet çox böyük və geniş virtual aləmdir. Onun bu imkanlarından  təhsil sistemində tətbiqinin xüsusi yeri var,belə ki,internetdən istifadə  istər müəllimlərin,istərsə də şagirdlərin analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyətini artırır. Təhsil Nazirliyinin təşkil etdiyi e-test-edu-az saytında “Şagirdlərarası bilik yarışması”adlı yarışma ölkəmizdə təhsil alan istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rolu var. Həmçinin təhsil işçiləri ”edu.qov.az” saytında təhsillə bağlı yeniliklərlə tanış ola bilirlər.
     Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olur. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, gələcəyimizi etibar edəcəyimiz şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdıracaq. onları gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevirəcəkdir. Ümumtəhsil məktəblərində informasiya təhsil mühitinin daha da səmərəliliyini artırmaq üçün aşağıdakı qeyd olunanları  daha da inkişaf etdirilməsini zəruri hesab edirəm.
 1) Kompüter şəbəkə siniflərinin ölkəmizin hər bir bölgəsində təşkil edilməsi
2) Siniflərarası,məktəblərarası,ölkələrarası virtual əlaqələrin genişləndirilməsi
3)  elektron formatda Məktəbin kitabxanasının  rayon məktəblərində də təşkili
4) Hər fənn üçün müxtəlif İKT-nin müxtəlif imkanları, o cümlədən  Veb-2 alətləri vasitəsilə, yaradılmış müxtəlif resursların toplanması, müəllimlər arasında müzakirə olunaraq istifadəsinin təşkil olunması
    Yuxarıda qeyd olunan təkliflərin çıxış yolunu elmi-pedaqoji konfransların təşkil etmək və konfranslarda iştirak edən təhsil işçilərinin fikir və təkliflərini ümumiləşdirərək yekun nəticəyə gəlmək,bu nəticələri orta məktəblərdə  pedaqoji təcrübədən keçirməkdə görürəm


    Şagirdlərin elektron dərslərə marağı onların müasir avadanlıqları ilə yaxşı tanış olmaqlarından irəli gəlir.XXI əsrin Şagird və Müəllimi tabaşiri artıq elektron qələmlə kitabı elektron faylla,taxta lövhəni elektron lövhə ilə əvəz edib və bu reallıqla bu yeniliklə uyğunlaşmaq lazımdır.
Ədəbiyyat:
 2.Z.Veysova.Fəal/interaktiv təlim.Bakı,2007,150s.
3.S.Mənsimov Dərsdə şagirdlərin idrak fəaliığının yüksəldilməsi.”Kurikulum jurnalı,2008,№2



Həsənova Billurə Xamis qızı
Tədris prosesində İKT-nin rolu əvəzedilməzdir.

Rezume:

Dərslərin İKT ilə birlikdə tədrisi dərsin səmərəli edir və şagirdlərdə bilik və bacarığın formalaşmasına, onların şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.





Həsənova Billurə Xamis qızı  22 sentyabr 1981-ci ildə Zaqatala  rayonunun Qımır  kəndində anadan olub.1999-cu ildə ADPU-nin kimya-biologiya fakültəsinə daxil olub. 2004-cü ildə universiteti bitirərək Zaqatala rayonu İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində müəllim kimi işə başlamışam. 
Bu dövrlərdə özüm  üzərində işləmiş, bir çox təlimlərdə iştirak etmiş,ölkəmizi həm də xaricdə təmsil etmişəm.
Hal hazırda “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi  və  Azərbaycan RespublikasıTəhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanmış 22 dekabr 2014-cü il  tarixli 11 №-li müqavilə üzrə “Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə heyətinin İKT-nin tədrisdə  tətbiqini dəstəkləmək məqsədilə mentorluq xidmətinin təşkili”layihəsində mentor  kimi fəaliyyət  göstərirəm.
Mentorluq – müxtəlif ölkələrdə danışman, məsləhətçi, dəstəkləyici, öyrənmə  ortağı, qoruyucu, rol modeli və rəhbər vəzifələrini əhatə edən ağıl təlimçisi kimi izah edilir .
Mentorluq fəaliyyətinin prinsipləri:
      Ünsiyyət və əməkdaşlıq bacarığı
      Dərshazırlama bacarığının təkmilləşdirilməsi
      Texnologiyanın dərslərə inteqrasiyasının ən yaxşı təcrübələrinin mənimsədilməsi

   Layihənin məqsədi-Təlimdən keçmiş  inzibati-heyət  və müəllimlər üçün dəstək göstrərməkdir.Həmin müəllimlərin təlim  zamanı  öyrəndikləri  bilikləri  bacarıqlar  formasında  həyata  keçirərkən yaranan  çətinlikləri aradan  qaldırmaq üçün   dəstək olmaq ,daha  səmərəli  üsulları  tətbiq  etmək bacarığını  formalaşdırmaq,müəllimlərin öz  üzərində işləmək  bacarığını inkişaf  etdirmək və daha  da  təkmilləşdirməkdir. Pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərəcək mentorlar fəaliyyət göstərdilləri müddətdə
• təhsil müəssisələrindəki və məktəblərdəki real vəziyyəti qiymətləndirir;
• mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti müəyyən edir;
• pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək istiqamətində məqsədlər müəyyən edir;
• pedaqoji heyətin təkmilləşmə prosesini təşkil və müşahidə edir;
• mentorluq dəstəyi göstəriləcək hər bir müəllim və inzibati heyət üzvü üçün fərdi inkişaf planı tərtib edir;
• pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini təhlil edir;
pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini qiymətləndirir
Mentorluq  fəaliyyətimlə  sizi  tanış  edirəm.
Hal- hazırda 143nömrəli məktəbdə və 164nömrəli məktəbdə fəaliyyət göstərəm.
Təlim “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin mentoru kimi  əvvəlcədən müəyyən olunmuş Bakı ş. 164№li tam orta  məktəbdə mentorluq fəaliyyətimi həyata keçirirəm . Məktəb geniş, işıqlı otaqlara malik, İKT avadanlıqları ilə təmin  olunmuş vəziyyətdədir.Məktəbdə ümumi olaraq 56 sinif otağı,o  cümlədən 22 ibtidai  sinif otağı, 1kitabxana,1idman zalı,kompüterlərlə  təmin olunmuş 3 İnformatika kabineti ,1tibb bacısının  otağı ,2 bufet və günü uzadılmış  qruplar  fəaliyyət göstərir.Məktəb  üzrə 1384şagird onlardan Azərbaycan bölməsi  üzrə 25 sinifdə 628, rus  bölməsi üzrə 27 sinifdə 756 nəfər təhsil alır.İbtidai  təhsil səviyyəsi üzrə isə 22 sinifdə 642,  onlardan 275nəfər  Azərbaycan bölməsi,367  nəfər Rus  bölməsi  üzrə  təhsil alır. 1-ci sinif-Azərbaycan bölməsi 79, rus  bölməsi 90; 2-ci sinif Azərbaycan  bölməsi üzrə 68;Rus  bölməsi104; 3-cü  sinif  üzrə Azərbaycan bölməsində 70; Rus  bölməsində `92; 4-cü sinifdə Azərbaycan bölməsində 58;Rus bölməsində 81  şagird  var.Məktəbdə 129  müəllim,o cümlədən 22 nəfər  ibtidai sinif müəllimi ,6 nəfər İnzibati  heyət fəaliyyət göstərir.
Təyin olunduğum məktəblə tanış olduqdan sonra  müəllimlərlə və inzibati heyətlə fərdi söhbət və diaqnostik qiymətləndirmə  apararaq,real vəziyyəti  müəyyən etdim,və bu ehtiyaclara uyğun işimi planlaşdırdım,cədvəl müəyyənləşdirdim, günun birinci yarısında dərsdinləmələr,günün 2-ci yarısı qrup şəklində müəlimlərlə qrup işi aparıram. İnzibati  heyətlə fərdi görüş,həmçinin  qrup  işi  həyata  keçirirəm.Dərs  dinləmələr  zamanı  video görüntülər  və  şəkillər  çəkilir,dərslər müzakirə olunur.
Müəllimlərin qrupda birgə müzakirə aparmaları  onlarda idrak fəallığı yaradır və fəaliyyətini stimullaşdırır.Müəllimlər arasında  sağlam rəqabət   və intellektual  düşüncəni formalaşdırır.Daha  yaxşı dərs  nümunəsi  hazırlamaq və dərsin müxtəlif mərhələlərində İKT-nin tətbiqi ilə daha maraqlı qurulmasına şərait yaradıram.
Qrup məşğələləri  zamanı  müəllimlərin həm yeni təlim metodları ilə,həm də İKT-nin dərslərdə tətbiqi ilə bağlı  hansı çətinlikləri olduğu müəyyənləşdirib dərslərin daha səmərəli keçilməsi, İKT-biliklərinin zəif hissələrini aradan qaldırılmasına nail olmağa çalışıram. Bu xidmət məktəblərdə müəllimlərin fəaliyyətini yaxşılaşdırmaq  məqsədilə  həyata  keçirilir. Müəllimlərin öz  üzərində işləmək qabiliyyəti  təkmilləşdirilir  və müəllimlərin   öyrəndikləri  sahədə  olan  boşluqlarını  aradan qaldırmaq  məqsədi  daşıyır . Hər mentor dəstək göstərəcəyi müdavimləri ilə İKT-nin tədrisdə tətbiqi üzrə fəaliyyət planı və fərdi peşəkar inkişaf planı qurur.
Mentor  müəllimin  fəaliyyəni  izləməklə müəllimlərin dərsin,tədbirlərin təşkilində ,həmçinin inzibati idarəetmə heyətinin Pedaqoji şura üçün hesabatların hazırlanmasında,məktəbdə idarəetmənin təşkilində ehtiyaclarını  müəyyən edib  və bu ehtiyacların təmin olunmasında kompüter,internet resurslarından istifadəsi  üzrə  iş  aparır.
Mentorluq fəaliyyəti məktəbdə müəllimlərin,o cümlədən idarəetmə heyətinin  təhsilin və tədrisin keyfiyyətinə mane ola biləcək bir çox maneələrin aradan qaldırılmasına köməklik göstərə bilər.Müəllimlərin  özünə inamsızlıq,öz səhvini görməmə,qapalı dərs şəraitinə meyillilik, öz  üzərində  daha  az  işləmə,boynuna düşən işdə məsuliyyətsizliyi, yaradıcılıq  qabiliyyətinin  az olması, lazımi müxtəlif resurslardan istifadə azlığı kimi problemlərin həllində müəllimə yaxından yardımçı olub,onlara düzgün istiqamət verə bilər.Şagirdlərlə  münasibətin düzgün qurulmaması nəticəsində dərsin məqsədyönlü aparılmasında  çətinlik çəkən müəllimlər üçün mentorluq fəaliyyətinin təşkili müəllim üçün bu problemin aradan qaldırmasına kömək edə bilər.Həm metodiki baxımdan,həm də tədris işində İKT-nin tətbiqi ilə bağlı mentorun məktəbdə fəaliyyəti müəllimlər tərəfindən müsbət qarşılanır,və onlar öz problemlərini asanlıqla bölüşüb düzgün istiqamət götürmələri üçün mentora ehtiyacları oldiğunu dəfələrlə bildirdilər.
Mentor müəllimlərlə fəaliyyəti zamanı sinifdə  ümumi fəallığın yaradılması, şagirdlərin öz üzərində daha  çox çalışması, müəllimlərin şagirdlərə  xüsusi  məsuliyyətlə  yanaşması, müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlər arasında sağlam  rəqabətin yaranması, şagirdlərin düşüncə  tərzinin dəyişməsi,şagirdlərdə təqdimat qabiliyyətinin inkişafı, bir-birini  real  qiymətləndirmə  bacarığının inkişafı, dərslərə daha maraqla hazırlaşmağa, dərslərdə artıq səs  küyün  və məsuliyyətsizliyin aradan qalxması, müəllimlərin şagirdlərə daha humanist yanaşması, şagirdlərdə müəyyən  bacarıqların formalaşmasına diqqətin artırılması, daha yaradıcı tapşırıqların hazırlanmasına nail olur.
 Təklif edərdim ki, müəllimlər üçün mentorluq fəaliyyəti həm də rayon məktəbləri üçün də həyata keçirilsin, rayon müəllimləri də mentorluq fəaliyyətinin səmərəli fəaliyyətindən  bəhrələnsin.

Müəllif:
Həsənova Billurə Xamis qızı    Zaqatala rayonu İ. Məmmədov adına Qımır kənd tam orta məktəbin kimya-biologiya müəllimi, təlimçi-mentor. 



Hiç yorum yok:

Yorum Gönder