Haqqımda:
Həsənova Billurə Xamis qızı 22Sentyabr 1981-ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olmuşam.1999-cu ildə ADPU-nin
Kimya-biologiya fakültəsinə daxil olmuşam.
2004-cü ildə universiteti bitirərək Zaqatala rayonu İ.Məmmədov adına
Qımır kənd tam orta məktəbində müəllim kimi işə başlamışam.
2008-2009-cu illərdə həmin məktəbdə
dərs hissə müdiri vəzivəsində çalışmışam.
Məktəbdə işlədiyim müddətdə dərs dediyim şagirdlər
ölkəmizdə və olkədən xaricdə müxtəlif
universitetlərdə təhsil alır.
Bu dövrlərdə özü üzərimdə işləmiş,bir çox təlimlərdə
iştirak etmiş,ölkəmizi həm də xaricdə təmsil etmişəm.
14-16.05.2015-
ci ildə Türkiyənin Konya şəhərində keçirilən “IV
Beynəlxalq Türk Təhsili Sənət, Tarix və Folkloru” konfransında çıxış edib və
beynəlqxalq sertifikat almışam.
2014-2015-cü
illərdə "Mədəd Azərbaycan" MMC
və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 30 iyul 2014-cü il tarixli, 4394AZ-QCBS-259
№-li müqaviləyə əsasən “2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək
və indiyədək təlimdən keçməyən kimya fənn müəllimləri üçün yeni kurikulum” təlimi
üzrə, 2015-2016-ci ildəAzərbaycan Respublikası Təhsil Nazirliyi və “Unikal-1”
MMC arasında imzalanmış 25 iyun 2015-ci il tarixli 4394AZ-QCBS-297 nömrəli
müqaviləyə əsasən “Biologiya, Həyat
bilgisi,Fizika,Kimya fənn müəllimləri üçün keçirilən 2015/2016-cı tədris ilində
5-8-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən biologiya,həyat bilgisi,fizika və kimya fənn
müəllimləri üçün Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə Təlim Proqramı” üzrə bir çox rayonlarda
Zaqatala,Balakən,Göyçay,Cəlilabad,Lənkəran,Şəmkir və Bakı şəhərlərində fənn
kurikulumu üzrə təlim kurslarında təlimçi kimi fəaliyyət göstərmişəm."Elektron lövhələrin tədrisə tətbiqi üzrə təlim kursu üzrə təlim paketində təlimçi kimi fəaliyyət göstərmişəm.
2015-ci
il 2Mart tarixdə ITV Teleradio yayımlar
şirkətinin hazırladığı “Müzakirə vaxtı”verilişində “Kitab oxuma mədəniyyəti”
mövzusunda çıxış etmişəm.
“Kurikulum.Metodika
və Məntiq testləri” BAKI-2015 (Müəllimlərin sınaq qiymətəndirilməsinə və müəllimlərin
işə qəbuluna hazırlaşanlar üçün vəsait) kitabında rəyçi olmuşam.
.Facebook şəbəkəsində “Təhsildə yeniliklər”qrupunun
adminiyəm.(https://web.facebook.com/groups/1452083865063780/)
Learninqs Apps saytlarında hazırladığı resursları yerləşdirilib, Kimya-biologiya
bloqunu yaratmışam. (http://biologiya-kimya.blogspot.com/)
Zaqatala RTŞ və məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə təhsildə
göstərdiyi fəaliyyətinə görə fəxri fərman və diplomlarla təltif edilmişəm.
Hal hazırda "Təhsildə İnnovativ
Texnologiyalar" əlavə təhsil mərkəzi
və Azərbaycan RespublikasıTəhsil
Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında
imzalanmış 22 dekabr 2014-cü il tarixli
11 №-li müqavilə üzrə “Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə heyətinin
İKT –nin tədrisdə tətbiqini dəstəkləmək
məqsədilə mentorluq xidmətinin təşkili”layihəsində təlimçi kimi fəaliyyət göstərirəm.2017-ci ildə RTN -nin təşkil etdiyi MİQ-da imtahan verərək yüksək bal toplayıb,Bakı şəhəri Xəzər rayonu 119№-li tam orta məktəbinə kimya müəllimliyi ixtisası üzrə yerdəyişmə etdim.Hal-hazırda həmin məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərirəm.
sosial şəbəkələr:
mail: billurehesenova2@gmail.com
ev tel: 0242272265
mob tel: 0-51-868-09-82Məqalələrim:
Tədris prosesində İKT-nin rolu əvəzedilməzdir.
Həsənova Billurə Xamis
qızı
Açar sözlər:İnformasiya,
texnologiya, tədris, təlim, ağıllı lövhə,elektron, veb-2
Ключевые слова: Информация, технологии,
учение, обучение, электронная, веб-2
Dünya ölkələrində
olduğu kimi açıq, hüquqi cəmiyyətə aparan yolun təhsil sferasında mühüm əlaməti
yeni təlim metodlarından və İKT-dən səmərəli istifadə, onun təlim-tədris
prosesinə məqsədyönlü tətbiqidir.Son illərin təcrübələri göstərir ki, İKT özünü
modernləşmə və inkişafın rəmzi, birgə əməkdaşlıq və fəaliyyətin ən uğurlu vasitəsi
kimi özünü göstərir.Təlim-tədris prosesində biliklərin sadə və çevik yolla əldə
edilməsi və yayılması üçün yardımçı rolu əvəzedilməzdir.Təkcə təhsil sahəsi
üçün deyil, cəmiyyətin digər üzvlərinin də vacib informasiya mənbələrindən
istifadəsinə imkan verən yardımçı vasitədir.
Yeni texnologiyalardan istifadə məktəblərdə
qurulan qurğuların təhsilə tətbiqi Təhsil strategiyasında qarşıya qoyulan məsələlərin
reallaşmasına böyük imkanlar açır. Hazırda müxtəlif elektron lövhələrdən
istifadə ( Mimio,Prometan, Smart və s.) internet səhifələrindən ən son məlumatları,
yenilikləri əldə etməyə, informasiya və faktları yerindəcə təhlil etməyə imkan verir.
İKT
vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu
dinamik və çevik edir. "Müəllim - şagird - dərslik" tədris modelinə
kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə,
tələbənin dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə
aparılan dərslər çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri,
avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya
qrafikası, rəngarəng illüstrasiyalar öyrənənlərin idrak aktivliyinə müsbət
təsir göstərir.
Tədris
prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən
birini - onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni
hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun
üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq
olar. "Ağıllı lövhə, həmçinin kompüterə qoşulan mikroskop, skaner, rəqəmli
fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor
vasitəsilə qəbul edə bilir ki, bu da tədris müəssisələrində virtual
laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər kimyəvi
reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və
videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləm
prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər.Laboratoriya
şəraitində aparılması çətin və təhlükəli kimyaya,fizikaya aid təcrübələrin
nümayişində kompüter texnologiyaları geniş imkanlara malikdir. Bu isə nəzəri
metodoloji biliklərin, praktiki bacarıq və təcrübələri inteqrasiya etməklə
tədrisi xeyli canlandırır,şagirdlərdə yaradıcı yanaşma, düşünmə,
təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da
artırır. "Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək
lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini,
hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və
dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərslərdə
iştirak etməyən və ya təlimdən geri qalanlar şagirdlər üçün xüsusi əhəmiyyətə
malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə
sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam
qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.
İKT ilə iş
idraki prosesi fəallaşdırır, və problemin həll edilməsini asanlaşdıraraq şagird
fəaliyyətini məhsuldar edir. Çünki bu zaman şagird sinif otağından birbaşa məlumat
mənbəyinə qoşulur, ən son yeniliklərlə tanış olur.Şagirdlərdə
şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı formalaşdırır.
Belə ki, şagird hər hansı tapşırığı yerinə
yetirərkən o problemin həllinə çalışır. Problemi həll etmək üçün isə əldə
etdiyi məlumatları ümumiləşdirmək tələb olunur. Bu prosesin səmərəliliyi iki şərtə
əsaslanır:
1 .İKT məlumatların
toplanmasında çox yararlı vasitədir.
2. İKT
problemin həlli üçün çoxsaylı proqramlar mənbəyidir.
Bu da öz növbəsində biliklə birləşdirilən
şagird bacarıqlarını formalaşdırır. Şagird bir neçə proqramla işləmə, ümumiləşdirmə
bacarıqları əldə etməklə yüksək keyfiyyət və sürət nümayiş etdirir.
Şagird ona verilən tapşırıq üzərində işləyərkən
yeri gəldikcə kompüter texnologiyasının imkanlarından yararlanır, münasib
imkanları götür qoy edir, həmin proqramların ümumi imkanlarından yararlanmağın
yollararını araşdıraraq tapşırığı hansı səviyyədə həyata keçirəcəyi haqda qərarlar
qəbul edir.
Məsələn, şagird faktlar və informasiyalar
toplamaq məqsədilə İnternet Eksplorer proqramına müraciət edir. Təqdimat
hazırlamaq üçün isə Pover Point
proqramının imkanlarından istifadə edir. Bu proqramlardan məlumatlar əsasında
şagirdlər fikirləri əsaslandırmaq, fərziyyələr irəli sürmək, nəticələr çıxarmaq
üçün istifadə edir, təqdimatlar hazırlayır, düşündüklərini başqaları ilə bölüşürlər.İnteraktiv
rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim əsasən şagirdin bələdçisi, onun
orijinal bacarığını qiymətləndirən, onu müstəqilliyə, təşəbbüskarlığa
həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə şagirdlərin hamısı lövhəyə
çıxıb, müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar.
İnteraktiv rejimdə keçirilən dərslər bütün uşaqların, o cümlədən passiv,
utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə
aktiv qoşulmasına şərait yaradır. Belə dərslərdə kompüterdən və internet
imkanlarından istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird
arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında qarşılıqlı əlaqələr
qurmağa imkan yaradır. Məsləhət olunan dərsin birbaşa sinifdən kənardan
izlənilməsi məktəb-valideyn,müəllim-valideyn münasibətlərinin düzgün qurulması
üçün lazımi vasitələrdən biridir.Şagirdlərin siniflərarası,məktəblərarası,və
hətta başqa ölkələrin məktəb şagirdləri ilə fikir mübadiləsi aparmaq üçün
internet imkanlarının rolu böyükdür.Biologiya dərslərində “Bioloji proseslər”,”İnsan
və onun sağlamlığı” məzmun xətlərində standartların reallaşdırılmasında skype
vasitəsilə birbaşa aidiyyati həkimlərlə əlaqə yaratmaq gözəl nəticə verir. Belə
ki, VIII sinifdə 3.2.1 Sağlamlığın
qorunması qaydalarını izah edir .standartını reallaşdırmaq üçün dərsdə ürək
damar xəstəlikləri, QİÇS virusuna yoluxmadan qorunma qaydalarını
müəyyənləşdirməkdə həkimlə birbaşa dialoqun qurulmasının nə qədər dərsin
keyfiyyətinə təsirli olduğunu müşahidə etdim.Bu, dərsdə əyaniliyinin təmin
edilməsində lazımi vasitələrdən biri olaraq dərsi daha maraqlı etdi.
Şagirdlərdə
özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak
etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai
müzakirəyə səbəb olur. Beləliklə, şagirdlərdə
müstəqil tədqiqat işlərinin aparılması vərdişləri, sinif
otağında,gələcəkdə müxtəlif auditoriya qarşısında sərbəst çıxış etmə
qabiliyyəti yaranır.
Müasir
təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin
dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan
şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol
göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən
müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir.
İnternet çox böyük və geniş virtual aləmdir. Onun bu
imkanlarından təhsil sistemində tətbiqinin xüsusi yeri var,belə ki,internetdən
istifadə istər müəllimlərin,istərsə də şagirdlərin analiz etmək,
araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyətini
artırır. Təhsil Nazirliyinin təşkil etdiyi e-test-edu-az saytında
“Şagirdlərarası bilik yarışması”adlı yarışma ölkəmizdə təhsil alan istedadlı
şagirdlərin üzə çıxarılmasında böyük rolu var. Həmçinin təhsil işçiləri
”edu.qov.az” saytında təhsillə bağlı yeniliklərlə tanış ola bilirlər.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş
yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Informasiya cəmiyyətinin
tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri
isə İKT olur. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində
İKT-nin tətbiq və istifadə edilməsi, gələcəyimizi etibar edəcəyimiz şagirdlərdə
müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin
formalaşdıracaq. onları gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə
çevirəcəkdir. Ümumtəhsil məktəblərində
informasiya təhsil mühitinin daha da səmərəliliyini artırmaq üçün aşağıdakı
qeyd olunanları daha da inkişaf etdirilməsini
zəruri hesab edirəm.
1) Kompüter
şəbəkə siniflərinin ölkəmizin hər bir bölgəsində təşkil edilməsi
2) Siniflərarası,məktəblərarası,ölkələrarası
virtual əlaqələrin genişləndirilməsi
3) elektron formatda Məktəbin kitabxanasının rayon məktəblərində də təşkili
4) Hər fənn
üçün müxtəlif İKT-nin müxtəlif imkanları, o cümlədən Veb-2 alətləri vasitəsilə, yaradılmış müxtəlif
resursların toplanması, müəllimlər arasında müzakirə olunaraq istifadəsinin təşkil
olunması
Yuxarıda qeyd olunan təkliflərin çıxış
yolunu elmi-pedaqoji konfransların təşkil etmək və konfranslarda iştirak edən təhsil
işçilərinin fikir və təkliflərini ümumiləşdirərək yekun nəticəyə gəlmək,bu nəticələri
orta məktəblərdə pedaqoji təcrübədən
keçirməkdə görürəm
Şagirdlərin elektron dərslərə marağı
onların müasir avadanlıqları ilə yaxşı tanış olmaqlarından irəli gəlir.XXI əsrin
Şagird və Müəllimi tabaşiri artıq elektron qələmlə kitabı elektron faylla,taxta
lövhəni elektron lövhə ilə əvəz edib və bu reallıqla bu yeniliklə uyğunlaşmaq
lazımdır.
Ədəbiyyat:
2.Z.Veysova.Fəal/interaktiv təlim.Bakı,2007,150s.
3.S.Mənsimov Dərsdə şagirdlərin idrak fəaliığının yüksəldilməsi.”Kurikulum
jurnalı,2008,№2
Həsənova Billurə Xamis qızı
Tədris prosesində İKT-nin rolu əvəzedilməzdir.
Rezume:
Dərslərin İKT ilə birlikdə tədrisi dərsin səmərəli
edir və şagirdlərdə bilik və bacarığın formalaşmasına, onların şəxsiyyət kimi formalaşmasına
zəmin yaradır.
Həsənova Billurə Xamis
qızı 22 sentyabr 1981-ci ildə Zaqatala rayonunun Qımır kəndində
anadan olub.1999-cu ildə ADPU-nin kimya-biologiya fakültəsinə daxil olub.
2004-cü ildə universiteti bitirərək Zaqatala rayonu İ. Məmmədov adına Qımır kənd
tam orta məktəbində müəllim kimi işə başlamışam.
Bu
dövrlərdə özüm üzərində işləmiş, bir çox
təlimlərdə iştirak etmiş,ölkəmizi həm də xaricdə təmsil etmişəm.
Hal hazırda “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Azərbaycan RespublikasıTəhsil Nazirliyi nəzdində Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanmış 22 dekabr
2014-cü il tarixli 11 №-li müqavilə üzrə “Təlim keçmiş müəllimlər və
inzibati-idarəetmə heyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədilə
mentorluq xidmətinin təşkili”layihəsində mentor kimi fəaliyyət göstərirəm.
Mentorluq – müxtəlif ölkələrdə danışman, məsləhətçi,
dəstəkləyici, öyrənmə ortağı, qoruyucu,
rol modeli və rəhbər vəzifələrini əhatə edən ağıl təlimçisi kimi izah edilir .
Mentorluq fəaliyyətinin prinsipləri:
• Ünsiyyət və əməkdaşlıq
bacarığı
• Dərshazırlama bacarığının
təkmilləşdirilməsi
• Texnologiyanın dərslərə
inteqrasiyasının ən yaxşı təcrübələrinin mənimsədilməsi
Layihənin məqsədi-Təlimdən keçmiş
inzibati-heyət və müəllimlər üçün
dəstək göstrərməkdir.Həmin müəllimlərin təlim
zamanı öyrəndikləri bilikləri
bacarıqlar formasında həyata
keçirərkən yaranan çətinlikləri
aradan qaldırmaq üçün dəstək olmaq ,daha səmərəli
üsulları tətbiq etmək bacarığını formalaşdırmaq,müəllimlərin öz üzərində işləmək bacarığını inkişaf etdirmək və daha da təkmilləşdirməkdir. Pedaqoji heyətin peşəkarlığının
inkişafına və təkmilləşdirilməsinə dəstək göstərəcək mentorlar fəaliyyət göstərdilləri
müddətdə
•
təhsil müəssisələrindəki və məktəblərdəki real vəziyyəti qiymətləndirir;
•
mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti müəyyən edir;
•
pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək
istiqamətində məqsədlər müəyyən edir;
•
pedaqoji heyətin təkmilləşmə prosesini təşkil və müşahidə edir;
•
mentorluq dəstəyi göstəriləcək hər bir müəllim və inzibati heyət üzvü üçün fərdi
inkişaf planı tərtib edir;
•
pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini təhlil edir;
pedaqoji
heyətin fəaliyyətinin təkmilləşmə prosesini qiymətləndirir
Mentorluq fəaliyyətimlə
sizi tanış edirəm.
Hal- hazırda 143nömrəli məktəbdə və 164nömrəli məktəbdə fəaliyyət
göstərəm.
Təlim “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin
mentoru kimi əvvəlcədən müəyyən olunmuş
Bakı ş. 164№li tam orta məktəbdə
mentorluq fəaliyyətimi həyata keçirirəm . Məktəb geniş, işıqlı otaqlara malik,
İKT avadanlıqları ilə təmin olunmuş vəziyyətdədir.Məktəbdə
ümumi olaraq 56 sinif otağı,o cümlədən
22 ibtidai sinif otağı,
1kitabxana,1idman zalı,kompüterlərlə təmin
olunmuş 3 İnformatika kabineti ,1tibb bacısının
otağı ,2 bufet və günü uzadılmış
qruplar fəaliyyət göstərir.Məktəb üzrə 1384şagird onlardan Azərbaycan bölməsi üzrə 25 sinifdə 628, rus bölməsi üzrə 27 sinifdə 756 nəfər təhsil
alır.İbtidai təhsil səviyyəsi üzrə isə
22 sinifdə 642, onlardan 275nəfər Azərbaycan bölməsi,367 nəfər Rus
bölməsi üzrə təhsil alır. 1-ci sinif-Azərbaycan bölməsi
79, rus bölməsi 90; 2-ci sinif Azərbaycan bölməsi üzrə 68;Rus bölməsi104; 3-cü sinif
üzrə Azərbaycan bölməsində 70; Rus
bölməsində `92; 4-cü sinifdə Azərbaycan bölməsində 58;Rus bölməsində
81 şagird var.Məktəbdə 129 müəllim,o cümlədən 22 nəfər ibtidai sinif müəllimi ,6 nəfər İnzibati heyət fəaliyyət göstərir.
Təyin olunduğum məktəblə
tanış olduqdan sonra müəllimlərlə və
inzibati heyətlə fərdi söhbət və diaqnostik qiymətləndirmə apararaq,real vəziyyəti müəyyən etdim,və bu ehtiyaclara uyğun işimi
planlaşdırdım,cədvəl müəyyənləşdirdim, günun birinci yarısında dərsdinləmələr,günün
2-ci yarısı qrup şəklində müəlimlərlə qrup işi aparıram. İnzibati heyətlə fərdi görüş,həmçinin qrup
işi həyata keçirirəm.Dərs dinləmələr
zamanı video görüntülər və şəkillər çəkilir,dərslər müzakirə olunur.
Müəllimlərin qrupda birgə
müzakirə aparmaları onlarda idrak fəallığı
yaradır və fəaliyyətini stimullaşdırır.Müəllimlər arasında sağlam rəqabət və intellektual düşüncəni formalaşdırır.Daha yaxşı dərs
nümunəsi hazırlamaq və dərsin
müxtəlif mərhələlərində İKT-nin tətbiqi ilə daha maraqlı qurulmasına şərait
yaradıram.
Qrup məşğələləri zamanı
müəllimlərin həm yeni təlim metodları ilə,həm də İKT-nin dərslərdə tətbiqi
ilə bağlı hansı çətinlikləri olduğu müəyyənləşdirib
dərslərin daha səmərəli keçilməsi, İKT-biliklərinin zəif hissələrini aradan
qaldırılmasına nail olmağa çalışıram. Bu xidmət məktəblərdə müəllimlərin fəaliyyətini
yaxşılaşdırmaq məqsədilə həyata
keçirilir. Müəllimlərin öz üzərində
işləmək qabiliyyəti təkmilləşdirilir və müəllimlərin öyrəndikləri
sahədə olan boşluqlarını
aradan qaldırmaq məqsədi daşıyır . Hər mentor dəstək
göstərəcəyi müdavimləri ilə İKT-nin tədrisdə tətbiqi üzrə fəaliyyət planı və fərdi
peşəkar inkişaf planı qurur.
Mentor müəllimin fəaliyyəni izləməklə müəllimlərin dərsin,tədbirlərin təşkilində ,həmçinin inzibati idarəetmə heyətinin Pedaqoji şura üçün hesabatların hazırlanmasında,məktəbdə idarəetmənin təşkilində ehtiyaclarını müəyyən edib və bu ehtiyacların təmin olunmasında kompüter,internet resurslarından istifadəsi üzrə iş aparır.
Mentor müəllimin fəaliyyəni izləməklə müəllimlərin dərsin,tədbirlərin təşkilində ,həmçinin inzibati idarəetmə heyətinin Pedaqoji şura üçün hesabatların hazırlanmasında,məktəbdə idarəetmənin təşkilində ehtiyaclarını müəyyən edib və bu ehtiyacların təmin olunmasında kompüter,internet resurslarından istifadəsi üzrə iş aparır.
Mentorluq
fəaliyyəti məktəbdə müəllimlərin,o cümlədən idarəetmə heyətinin təhsilin və tədrisin keyfiyyətinə mane ola
biləcək bir çox maneələrin aradan qaldırılmasına köməklik göstərə
bilər.Müəllimlərin özünə inamsızlıq,öz
səhvini görməmə,qapalı dərs şəraitinə meyillilik, öz üzərində
daha az işləmə,boynuna düşən işdə məsuliyyətsizliyi,
yaradıcılıq qabiliyyətinin az olması, lazımi müxtəlif resurslardan
istifadə azlığı kimi problemlərin həllində müəllimə yaxından yardımçı
olub,onlara düzgün istiqamət verə bilər.Şagirdlərlə münasibətin düzgün qurulmaması nəticəsində
dərsin məqsədyönlü aparılmasında çətinlik
çəkən müəllimlər üçün mentorluq fəaliyyətinin təşkili müəllim üçün bu problemin
aradan qaldırmasına kömək edə bilər.Həm metodiki baxımdan,həm də tədris işində
İKT-nin tətbiqi ilə bağlı mentorun məktəbdə fəaliyyəti müəllimlər tərəfindən
müsbət qarşılanır,və onlar öz problemlərini asanlıqla bölüşüb düzgün istiqamət
götürmələri üçün mentora ehtiyacları oldiğunu dəfələrlə bildirdilər.
Mentor müəllimlərlə fəaliyyəti zamanı sinifdə ümumi fəallığın yaradılması, şagirdlərin öz
üzərində daha çox çalışması, müəllimlərin
şagirdlərə xüsusi məsuliyyətlə
yanaşması, müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlər
arasında sağlam rəqabətin yaranması, şagirdlərin
düşüncə tərzinin dəyişməsi,şagirdlərdə
təqdimat qabiliyyətinin inkişafı, bir-birini
real qiymətləndirmə bacarığının inkişafı, dərslərə daha maraqla
hazırlaşmağa, dərslərdə artıq səs
küyün və məsuliyyətsizliyin
aradan qalxması, müəllimlərin şagirdlərə daha humanist yanaşması, şagirdlərdə
müəyyən bacarıqların formalaşmasına
diqqətin artırılması, daha yaradıcı tapşırıqların hazırlanmasına nail olur.
Təklif edərdim ki, müəllimlər üçün mentorluq
fəaliyyəti həm də rayon məktəbləri üçün də həyata keçirilsin, rayon müəllimləri
də mentorluq fəaliyyətinin səmərəli fəaliyyətindən bəhrələnsin.
Müəllif:
Həsənova
Billurə Xamis qızı Zaqatala rayonu İ.
Məmmədov adına Qımır kənd tam orta məktəbin kimya-biologiya müəllimi, təlimçi-mentor.
Hiç yorum yok:
Yorum Gönder